Ağdamlıların doğma şəhərlərinə səfəri başlayıb 

13:51 05.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayon sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkil etdiyi səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən cümə məscidini, İmarət kompleksini, dram teatrının və çörək muzeyinin qalıqlarını, eləcə də Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət edəcəklər.